Qusarda üçəm doğuldu

OXUNUB: 766 SOSİAL

Qusar rayonunda üçəm doğulub.

Qusar rayon sakini Şəhla Əmirəliyeva doğuşla əlaqədar Qusar Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Vaxtında əvvəl doğulan körpələrə müvafiq tibbi yardım göstərilməsi üçün Quba Regional Perinatal Mərkəzinin əməkdaşları gecə saatlarında Qusara ezam olunub. Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova APA-ya bildirib ki, uşaqlar dünyaya gələndən sonra mərkəzə gətirilib.

Körpələrdən 2-si qız, biri oğlandır.

Hazırda ananın və övladlarının vəziyyəti yaxşıdır. /apa

İcmal.Az

RƏYLƏR