Qvatemala İsveçdən və Venesueladan öz səfirlərini geri çağırmalarını istəyir

OXUNUB: 782 DÜNYA

Qvatemala höküməti İsveç və Venesuela hakimiyyətindən öz səfirlərini geri çağırmalarını istəyir.

İcmal.Az trend-ə istinadən bildirir ki, bu barədə Qvatemalanın Xarici İşlər Nazirliyinin yaydığı kommünikedə deyilir.

 

Kommünikedə bildirilir: "Səfir Anders Kompass və səfir Elena Alisiya Salsedo Poleo öz funksiyalarını yerinə yetirərkən Qvatemala dövlətinin daxili işlərinə müdaxilə kimi dəyərləndirilən və ölkənin xarici siyasətinə uyğun olmayan hərəkətlər ediblər. Bununla əlaqədar olaraq Venesuela Bolivar Respublikası və İsveç krallığı hökumətlərinə səfirlərin geri çağrılması barədə sorğu göndərilib".

İcmal.Az

RƏYLƏR