Qvatemalada həyəcan siqnalı: Fueqo vulkanı püskürdü

OXUNUB: 262 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Şənbə gecəsi Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biri olan Fueqo yenidən aktivləşib. Turistik şəhər Antiquadan təxminən 16 kilometr uzaqlıqda olan vulkan püskürmədən sonra iki kilometr yüksəkliyə kül və tüstü səpməyə başlayıb. Vulkanın hərəkətə keçməsindən sonra baş verən ildırım panikaya səbəb olub. Püskürmə səbəbiylə səmanı tüstü buludu bürüyərkən, səlahiyyətlilər vulkanın ətrafındakı əsas yolları giriş-çıxışlara bağlayıb. Vulkandakı aktivliyin səlahiyyətli orqanlar tərəfindən izləndiyi və indiyədək heç bir təxliyə əməliyyatının aparılmadığı bildirilib.

7NEWS.az

RƏYLƏR