İqlim sammiti üçün Dubayda olan prezident Embalo şənbə günü ölkəsinə qayıdıb və çevriliş cəhdini açıqlayıb.
7NEWS.az xəbər verir ki, Qvineya-Bisau prezidenti Umaro Sissoko Embalo ötən həftə dövlət çevrilişi cəhdi olduğunu elan etdikdən sonra müxalifətin üstünlük təşkil etdiyi parlamenti buraxıb. Parlamentin spikeri Dominqos Simoes Pereyra prezidenti "konstitusiya çevrilişi etməkdə” ittiham edib.
7NEWS.az