“Radikal müxalifət erməni dəyirmanına su tökür” – Elşən Musayev

OXUNUB: 327 GÜNDƏM Özəl SİYASƏT
"Ölkənin, dövlətin həyatında bu qədər mühüm hadisələr baş verir, nə qədər böyük həssaslıq var, nə qədər müzakirə edilən məsələlər var. Amma hətta bu məqamda belə "Milli Şura” adlanan namərd və anti-milli qurum, eyni zamanda onun yedəkçəsi AXCP hər şeyə lağlağı ilə yanaşır, düşməni susdurmaq, erməniyə, irana, fransıza söz demək əvəzinə öz dövlətinə, xalqına qarşı cəbhə açır, hər şeyi yamanlayır, Azərbaycanın bütün uğurlarını görməzdən keçir, erməni dəyirmanına su tökür. Nə deyim, bilmirəm. Sözün bitdiyi yerdir. Həqiqətən də radikal müxalifət çox yaramaz müxalifətdir. Dəqiq olan budur!” -7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Bu ağılla, bu məntiqlə, bu yaramazlıqla, bu anti-milli ruhla, bu kinlə hara qədər gedə biləcəklərini düşünürlər görəsən? Gültəkin kimi kvartalda bir dəfə əqidə dəyişən insana kim inanar? Öz liderini satan Əli Kərimliyə kim güvənər? Həyatda ən böyük məqsədi, arzusu və xobbisi həbsə düşmək olan Tofiq Yaqubluya kim bel bağlayar? Heç kim, əlbətdə! Amma nə olsun. Yenə susmurlar, yenə xəbisliklərinə davam edirlər və bütün resurslarını sərf edirlər ki, mövcud hakimiyyəti gözdən salsınlar. Fəqət, alınmayacaq! Bu anti-milli qurum sərgilədiyi yaramaz fəaliyyətlə heç nəyə nail ola bilməyəcək. Çünki xəyanətkar adı və sözü bunların alınlarına yazılıb” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR