Ramanada qadınlar kişi üstə saçyolduya çıxdılar, sonra... – Şok

OXUNUB: 723 HADİSƏ

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

 Rayonun Ramana qəsəbəsindəki "Südçülük sovxozu” kimi tanınan ərazisində 35 yaşlı Gülnarə Novruzova əvvəlcə döyülüb, daha sonra bıçaqlanıb.

Yaralı 3 saylı Sabunçu şəhər xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Məlumata görə, Gülnarə Novruzova sevgilisi olan kişi ilə kafeyə gəlib və masalardan birində əyləşərək yeyib-içməyə başlayıblar.

Bu zaman digər masada əyləşən qadın Gülnarə Novruzova ilə birlikdə gələn kişi ilə münasibət qurmaq istəyib. Həmin qadının ünsiyyət qurduğunu görən Gülnarə özündən çıxıb.

O, həmin qadının əyləşdiyi masaya yaxınlaşaraq onun saçlarından tutaraq dartışdırıb. Bu zaman həmin qadın pivə içdiyi bakalı Gülnarə Novruzovanın başına vurub.

Daha sonra qadınların davası böyüyüb və onlar əlbəyaxa olublar. Bu zaman həmin qadın alma soymaq üçün stolun üstünə qoyulan bıçaqla Gülnarə xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanıb./teleqraf.com

 

İcmal.Az

RƏYLƏR