Ramil Həsən Ucar sakinlərini onlayn formatda qəbul edib - FOTO

OXUNUB: 992 SOSİAL

 

Milli Məclisin deputatı Ramil Həsən Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatının inzibati binasında Ucar şəhər sakinlərini onlayn formatda qəbul edib.

"İki sahil” xəbər verir ki, pandemiya ilə mübarizə dövrünün tələblərinə uyğun formada keçirilən onlayn görüş sağlamlığın qorunması, ünsiyyət, eyni zamanda seçicilərimi narahat edən problemlərin aradan qaldırılması baxımından faydalı və məhsuldar olub.

Vətəndaşlar tərəfindən qaldırılan problemlərdən içməli su təchizatı, suvarma sisteminin təkmilləşdirilməsi, işsizlik, əlilliyin təyini, sosial müavinət, müalicə ilə bağlı müraciətlər, şəxsi problemlərin həlli kimi məsələlər görüşlərdə ən çox səsləndirilən fikirlərdən olub. Vətəndaşlar tərəfindən qaldırılan problemlərin bir qismi yerində öz həllini tapıb, digər qisminin isə müəyyən zaman çərçivəsində Milli Məclisin deputatı Ramil Həsən həll olunaçağını bildirib.

Milli Məclisin deputatı Ramil Həsən vurğulayıb ki, bundan sonra karantin qaydalarına uyğun olaraq seçicilərlə görüşlər mütamadi olaraq onlayn qaydada davam edəcək. Onların hər birinin istək və təklifləri, eyni zamanda qaldırmış olduqları problemlər qanun çərçivəsində müvafiq qrumlara göndərilərək həllinin tapılması üçün nəzarətdə saxlanılacaq.

"İki sahil”



RƏYLƏR