Rauf Talışinski vəfat etdi

OXUNUB: 557 SOSİAL

Tanınmış jurnalist Rauf Talışinski vəfat edib.

İcmal.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, Rauf Talışinski 16 Noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

"Molodyoj Azerbaydjana”, "Vışka” və "İzvestiya” kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna”/ "Zerkalo” qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb. 

Rauf Talışinski 27 Yanvar 2001-ci ildən "Exo” qəzetinin baş redaktoru olub. O, jurnalistikanın inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

 

İcmal.Az

RƏYLƏR