Real TV 6 yaşında!

OXUNUB: 841 SOSİAL
Bu gün Real TV-nin yaranma günüdür.

Mediada özünəməxsus çəkisi və sözü olan telekanalın 6 yaşı tamam olur.

"Real Təhlil İnformasiya Mərkəzi” MMC 15 mart 2018-ci ildə fəaliyyətə başlayıb. Həmin gündən sentyabrın 16-dək Real TV 19 saat ərzində (saat 08:00-dan 02:00-dək) tamaşaçını ölkə daxilində və dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin edib. 17 sentyabr 2018-ci ildən 24 saatlıq yayıma keçib.

23 aprel 2019-cu ildə Real TV Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə müsabiqənin qalibi elan edilib, "Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ümumrespublika televiziya yayım kanalının açılması üçün müddətsiz lisenziya verilib.

Real TV təkcə Azərbaycan auditoriyasını deyil, həm də dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir. Televiziyada gün ərzində yerli və xarici xəbərlər, aktual mövzuların müzakirəsi, təhlili izləyicilərə təqdim olunur.

Kanal kabel televiziyalarında, həmçinin peyklə yayımlanır.

Real TV-yə tanınmış jurnalist Mir Şahin Ağayev rəhbərlik edir.

Real TV kollektivini təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq!

RƏYLƏR