REGİONDA ilk dəfə MDU-da CTF yarışması reallaşdırılıb

OXUNUB: 928 SOSİAL

"HEYDƏR ƏLİYEV İLİ” çərçivəsində və "30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi” gününə həsr olunmuş silsiləli şəkildə həyata keçirilən tədbirlər planına əsasən universitetin tələbələri arasında CTF yarışması nəzərdə tutulmuşdur. 28.11.23-cü il tarixində Regionda ilk dəfə olaraq Kiber Təhlükəsizlik Platformasının texniki dəstəyilə Mingəçevir Dövlət Universitetində CTF yarışması reallaşdırılıb. CTF yarışması iştirakçıları bayrağı ələ keçirməyə və mükafata sahib olmağa çağıran maraqlı bir yarış növü olub, kibertəhlükəsizlik problemlərin həlli və tənqidi düşünmə sahəsində bacarıqlarını nümayiş etdirmək üçün cəlbedici platforma rolunu oynayır. Kiber Təhlükəsizlik Platformasının mütəxəssisləri tərəfindən hazırlanmış tapşırıqlar iştirakçılara kibertəhlükəsizlik sahəsində bacarıqlarını sınamaq şansı verdi.

CTF yarışmasının əsas mərhələləri:

1.Qeydiyyat prosesi.

2. CTF otaqları açılması.

3. Yarış başlayacaq.

4. Yarış davamında çözülən suallara ek suallar gələcək.

5. Müyyən vaxt aralığında sürpriz suallar gəlib gedəcək.

6. FINAL.

CTF yarışmasının əsas bölmələri: web, stenography, cryptography, forensic, osint

CTF yarışmasında MDU-nun 6 komandasından ibarət 23 tələbə iştirak edib:

I. The soulless (Kapitan: Mayıl Rəhimzadə, Üzvlər: Aslan Ələkbəzadə, Səid Sadıqov, Rəsul Abbasov, Mayıl Rəhimzadə)

II. The Code Wizards (Kapitan: Əhmədli Rəsul, Üzvlər: İsaqov Elcan, Əhmədli Rəsul, Seyidəhmedov Murad, Quluzadə Dinar)

III. Ketum (Kapitan: Sərxan Alıcanov, Üzvlər: Sənan Əhmədov, Sərxan Alıcanov, Aytac Feyzulayeva, Şəms Quluzadə)

IV. Levion (Kapitan: Adil Əhmədzadə, Üzvlər: Adil Əhmədzadə, Şahanə Şakirqızı, Fatimə Əlizadə, Əfqan Həsənov)

V. CyberGuard (Kapitan: Rahid Zahirov, Üzvlər: Rahid Zahirov, İbrahim Məmmədov, Orxan Zeynallı, İbrahim Hüseynov)

VI. After hour (Kapitan: Röya Qarayeva, Üzvlər: Röya Qarayeva, Sona Qasımova, Eldar Məmmədov)

CTF yarışmasının I yer üzrə qalibi 1300 xalla Ketum komandası olmuşdur. II yer üzrə 1185 xalla The soulless komandası, III yer üzrə 1110 xalla The Code Wizards komandası qazanmışdır. Hər bir komanda üzvlərini ürəkdən təbrik edirik. Kiber Təhlükəsizlik platformasının icraçı direktoru Şahin Aliyev: Əziz və dəyərli komanda ilk öncə hər birinizə sonsuz təşəkkür edirəm. Həyatımda bundan ötə mənim üçün sevinc olmadı. Bu gün siz uca Allahın böyük rəhmətini qazandınız. O gənclərin üzündəki bu təbəssüm sizin ƏSƏRİNİZDİR. Sizlərə üçrəngli vətən bayrağının gələcəyi adına Sonsuz təşəkkür edirəm əziz komandam.

CTF yarışmasının təşkilində MDU-nun rektoru hörmətli Şahin Bayramova, Kiber Təhlükəzlik Platforması Azərbaycan təsisçisi və icraçı direktoru Şahin Aliyevə və onun komandasına Murad Suleymanlı, Elman Əlizadə, Vidadi Eyvazli, Sadiq Qasımov, Əli Qəniyev, Aydan Əliyeva, Oruc Ramazanov, Əsmər Abbasova, Süleyman Əliyevə dərin təşəkkürümüzü bildiririk.

Eyni zamanda yarışın Mingəçevir Dövlət Universitetində texniki-təşkilati təşkilinə dəstək olan Mühəndislik Fakültəsinin dekanı Almaz Əliyevaya, İnformasiya texnologiyaları kafedrasının əməkdaşlarına Elnur Xəlilov, Elvin Muradzadə, Şəbnəm Nəsirova, Nərmin Əhmədova, Dinarə İslamovaya, Səbinə Əliyevaya dərin təşəkkürümüzü bildiririk.


İnformasiya texnologiyaları kafedrasının müdiri, tex.f.d. Aidə Mustafayeva

 

 














RƏYLƏR