Rəhim Qazıyev barədə məhkəmə QƏRAR verdi -Həbs edildi

OXUNUB: 616 HADİSƏ

Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev inzibati qaydada həbs edilib.

Ona 10 gün müddətinə inzibati həbs cəzası verilib.

Xatırladaq ki, R.Qazıyev ötən gün Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycannın müdafiə naziri vəzifəsində çalışıb. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb. /apa

İcmal.Az

RƏYLƏR