"Reina" 45 dəqiqəyə tarixə qovuşdu: Gecə klubu dağıdıldı – FOTO

OXUNUB: 904 DÜNYA

İstanbulun məşhur "Reina”gecə klubu tarixə qovuşdu. 

İcmal.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Yeni il gecəsi 39 nəfərin həlak olduğu əyləncə mərkəzi bu gün səhər saatlarında buldozerlərlə sökülüb.

Binanın söküləcəyindən istirahət mərkəzində işləyənlərin belə xəbəri olmayıb.

"Söküntünü biz də gözləmirdik. Binanı dağıtmaq üçün cəmi 45 dəqiqə kifayət elədi. Dağıdıb getdilər”, - deyə şirkətə yaxın mənbə bildirib.

Söküntünün hansı səbəbdən aparıldığı hələ açıqlanmayıb.

Xatırladaq ki, "Reina” gecə klubunda 2017-ci ilin ilk gününü qarşılayarkən terror hadisəsi törədilmiş, 39 nəfər həlak olmuş,  69 nəfər isə yaralanmışdı. Ölənlər arasında əslən azərbaycanlı olan Rusiya vətəndaşı Nuranə Həsənova da var idi. 

Qətliamı törədən Abdulkadir Maşaripov hadisədən sonra saxlanılıb və ona 2397 ilə qədər azadlıqdan məhrumetmə cəzası istənilib.

 

İcmal.Az

RƏYLƏR