“Ürəklərdə yaşayan Dahi” adlı tədbir keçirilib

OXUNUB: 302 Özəl SOSİAL
Nəsimi rayonunda "Heydər Əliyev İli”nə həsr olunmuş müxtəlif müsabiqələrdə, sərgilərdə və festivallarda  çıxış edən istedadlı uşaqların iştirakı ilə  "Ürəklərdə yaşayan Dahi” adlı tədbir keçirilib.

Azərbaycanda uşaqların sağlam, firavan böyüməsi onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edir. Uşaq hüquqları, insan hüquqlarının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qurulmuşdur. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərib. Onların ən böyük himayədarı olub. Ümumilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görmüşdür. Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi Ulu Öndərin daim diqqətində olub. Ümumilli lider deyirdi ki, "Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılıdır.
Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyev İli”nə həsr olunmuş müxtəlif müsabiqələrdə, sərgilərdə və festivallarda  çıxış edən istedadlı uşaqların iştirakı ilə  "Ürəklərdə yaşayan Dahi” adlı tədbir keçirilib. 
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Uşaq Fondunun məsul əməkdaşları, 2 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzinin pedaqoji heyəti, dərnək üzvləri, rayon məktəbliləri və 268 nömrəli Xüsusi məktəbin şagirdləri və rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə  tədbir iştirakçıları istedadlı uşaqların əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. 
Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbir iştirakçılarını 18 oktyabr Müstəqilliyin Bərpası günü münasibətilə təbrik edərək bildirdi ki,  Azərbaycan dövlət müstəqilliyini 20-ci əsrin əvvəlində əldə edib. Ötən illər ərzində Müstəqil Azərbaycan Respublikası böyük sınaqlardan keçərək möhkəmlənmişdir. Əldə edilmiş müstəqilliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında torpaq məsələsinin xalqımızın tarixində əsas amal olduğunu göstərərək deyirdi: "Əsrlər boyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirmişdir. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparmışdır, ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qorumuş, onun yolunda canlarını, övladlarını qurban verməkdən çəkinməmişdir”. Fəxr edirik ki, Ümummilli liderimizin siyasətini və ideyalarını möhtərəm Prezidentimiz İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir. Bu uğurları davamlı olaraq biz həyatımızın bütün sahələrində görürük və hərbi sahə də istisna deyil. 44 günlük İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız və Ermənistanın faktiki təslim olması bunun bariz nümunəsidir. Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir. 
Natiq xüsusi vurğuladı ki, Bu gün Ulu Öndər Heydər Əliyev bütün istiqamətlərdə o cümlədən uşaqların hüquqlarının qorunması və qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasəti prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Prezident 2009-cu ili uşaq ili elan edilməsi Azərbaycan dövlətinin uşaqlara sonsuz qaygısının bariz təzahürü sayılır. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində böyük lahiyələr həyata keçirən Mehriban Xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi proqramları reallaşır. Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun qəhramanlığı ilə torpaqlarımızın işğaldan azad edilməsi isə Azərbaycan uşaqlarının həyatda yeni bir mərhələ başladıb. Artıq uşaqlarımız məcburi köçkün deyil və ailələri ilə birgə öz doğma ata-baba yurdlarına qayıdışına hazırlaşırlar. Qarabağda və Şərqi Zəngəzurda aparılan sürətli bərpa-quruculuq işləri azad edilmiş ərazilərdə tezliklə xoşbəxt uşaq gülüşləri eşidiləcək. Yenə əsas yaradır cənab prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və onların övladlarına göstərdikləri diqqət və qayğı isə hər kəs üçün örnək və nümunədir. Yeri gəlmişkən qeyd edim ki, bu istedadlı uşaqlar Qarabağda keçirilən festivallarda dəfələrlə iştirak ediblər.  
Tədbirdə 2 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzinin istedadlı dərnək üzvlərinin ifalarında müxtəlif şerlər, rəqslər və mahnılar tədbir iştirakçılarında xoş ovqat bağışladı.
Tədbirdə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş etdirilmişdir.
Tədbirin sonunda xatirə şəkili çəkilib.
 
 
 

RƏYLƏR