Roma papası avtomobilini satır – FOTO

OXUNUB: 621 DÜNYA

Roma papasına ötən ilin sonu hədiyyə edilmiş 200 min dollarlıq eksklüziv "Lamborghini Huracan” sportkarı hərraca çıxarılıb.

İcmal.Az xəbər verir ki, bu barədə "Vesti.ru” məlumat yayıb.

Avtomobilin xeyriyyə məqsədi ilə "Sotbi” hərrac evində çəkic altına gələcəyi bildirilir. Katolik kilsə satışdan 350 min avroya yaxın vəsait əldə etmək niyyətindədir.

Əldə olunmuş vəsaitin 70 faizi terrorçuların viran qoyduğu (İraqın) Ninəvə şəhərinə yardım ediləcək. 10 faizi isə üç ayrı xeyriyyə təşkilatının hesabına köçürüləcək.

 

İcmal.Az

RƏYLƏR