Roma Papası yaralandı, qanını sildi - VİDEO - FOTO

OXUNUB: 1141 DÜNYA

Dünya katoliklərinin dini lideri, Roma Papası 1-ci Fransisk Kolumbiyanın Kartahena şəhərində olarkən yaralanıb.

 80 yaşlı pontifik Kolumbiyaya apostol səfərinin son günündə Kartahenaya yollanıb. Vatikanın mətbuat katibi Qreq Brukun dediyinə görə, minlərlə dindar Papanın avtomobil karvanının hərəkət etdiyi yolu kəsərək pontifikdən xeyir-dua almaq istəyiblər.

Papanın olduğu "papamobil" qəflətən dayanmalı olub və bu zaman 1-ci Fransisk müvazinətini itirib, üzü avtomobilin şüşəsinə dəyib. Nəticədə Papanın sol qaşının üzərində çapıq yaranıb.

Avtomobildən düşməyən Papa üzündəki qanı silib və sürücüyə hərəkəti davam etdirməyi tapşırıb.

1-ci Fransisk dünən Vatikana qayıdıb./milli

Roma Papası yaralandı, qanını sildi - VİDEO - FOTO

Roma Papası yaralandı, qanını sildi - VİDEO - FOTO

Roma Papası yaralandı, qanını sildi - VİDEO - FOTO

 

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Roma Papası yaralandı, qanını sildi

RƏYLƏR