“Rosoboroneksport” rəhbəri: “RF S-400-lərin istehsalına başlayıb”

OXUNUB: 495 DÜNYA
"Rusiya tərəfi Türkiyəyə sövq ediləcək S-400 ("Triumfator”) zenit-raket komplekslərin istehsalına başlayıb”.
 
BNEWS.az Türkiyə mətbuatına istinadən bildiri ki, bunu "Rosoboroneksport” şirkətinin rəhbəri Aleksandr Mixeyev yerli mətbuata açıqlamasında belə deyib:
 
"İşlər qrafik üzrə gedir. "Rusiya tərəfi S-400 zenit-raket komplekslərinin Türkiyəyə təchizatını surətləndirmək üçün mümkün olan hər şeyi edir. Hazırda S-400-lərin təslimatına start verilməyib”, - deyə A. Mixeyev bildirib.
 
Qeyd edək ki, bir müddət öncə Rusiya hərbi sənaye şirkəti "Rostek”-in rəhbəri (CEO-su) Sergey Çemezov Türkiyə 2,5 milyard dollar qarşılığında Rusiyadan 4 ədəd S-400 zenit-raket müdafiə sistemi batareyası aldığını demişdir.

İcmal.Az

RƏYLƏR