Ruanda Konqo Demokratik Respublikasının döyüş təyyarəsini vurdu

OXUNUB: 484 Özəl DÜNYA
Ruanda ordusu hava məkanını 3 dəfə pozan Konqo Demokratik Respublikasının (KDR) döyüş təyyarəsini vurub.

7NEWS.az xəbər verir ki, yerli vaxtla saat 17.03-də KDR-nin "Sukhoi-25” tipli döyüş təyyarəsi Ruanda hava məkanını 3 dəfə pozub.

Ruandanın açdığı atəş nəticəsində bədəni güllələrə tuş gələn təyyarə KDR-nin Qoma şəhərinə məcburi eniş edib.

Təyyarədə baş verən yanğın hava limanının yanğınsöndürənləri tərəfindən söndürülüb.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

7NEWS.az

RƏYLƏR