7NEWS.az xəbər verir ki, ABŞ və Kanadanın ardınca Rumıniya da hava məkanında şübhəli obyekt aşkarlayıb. Rumıniya Müdafiə Nazirliyindən verilən açıqlamada, Rumıniya Hərbi Hava Qüvvələrinin müşahidə sisteminin ölkənin hava məkanında meteoroloji şara bənzəyən hava obyekti aşkar etdiyi və şübhəli obyektin 11 min fut yüksəklikdə uçduğu bildirilib. Açıqlamada, şübhəli obyektin aşkarlanmasından sonra 2 ədəd MiG 21 LanceR tipli döyüş təyyarəsinin havaya qalxdığı, döyüş təyyarələrinin obyektin aşkar edildiyi əraziyə 10 dəqiqə sonra gəldiyi, lakin obyektin mövcudluğunun ola biləcəyi ifadə edilib. Açıqlamada, həmçinin, döyüş təyyarələrinin hədəflə və ya radar təsdiqi ilə vizual təmas qura bilmədikdə, bazaya qayıtmadan əvvəl bölgədə 30 dəqiqə uçduqları da ifadə edilib.
7NEWS.az