Rusiya 30 amerikalı diplomatı ölkədən çıxaracaq - KİV

OXUNUB: 853 DÜNYA

Rəsmi Moskva 30 amerikalı diplomatın ölkədən çıxarılması və onların mülkünə həbs qoyulmasını planlaşdırır.

Bu barədə İzvestiya qəzeti XİN-dəki mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, buna ABŞ-ın ölkədəki Rusiya səfirliyinə məxsus mülkiyyətə qoyulan həbsi götürməməsi səbəb olub. 

Xatırladaq ki, ABŞ keçmiş prezidenti Barak Obamanın administrasiyası 2016-ci il dekabrın sonunda "seçkilərə müdaxilə” və "Rusiyada işləyən amerikalı diplomatlara təzyiq”ə görə rəsmi Moskva əleyhinə sanksiyalar paketi qəbul edib. Bunların arasında Rusiya səfirliyinə məxsus Nyu-York və Vaşinqtonda iki yaşayış komplekslərinə həbs qoyulması da var./qafqazinfo

 İcmal.Az


RƏYLƏR