Rusiya ABŞ-dan Ümumdünya Ticarət Təşkilatına şikayət edib

OXUNUB: 595 DÜNYA
Rusiya ABŞ tərəfindən polad və alüminium məhsullarının ölkəyə idxalına tətbiq edilən yeni gömrük rüsumlarına görə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət edib.
 
BNEWS.az Türkiyə mətbuatına istinadən bildiri ki, bu haqda Rusiyanın Ümumdünya Ticarət Təşkilatındakı daimi nümayəndəsi Gennadiy Oveçko yerli mətbuata açıqlamasında deyib.
 
G. Oveçko bildirib ki, Rusiya şirkətlərinin dəyən zərərin ödənilməsi üçün Rusiya ABŞ-dan təzminat tələb edir. Amma G. Oveçko tələb olunacaq təzminatın məbləği barədə məlumat verməyib.

Xatırladaq ki, ABŞ prezident Donald Tramp yerli polad və alüminium istehsalçılarını qorumaq məqsədilə bu məhsulların ölkəyə idxalı üçün yeni, yüksək gömrük rüsumları müəyyənləşdirib. ABŞ polad idxalına 25, alüminium idxalına isə 10 faiz rüsum tətbiq edib. Nəticədə ABŞ-a polad ixrac edən Rusiya şirkətlərinin təxminən 2 milyard dollar, alüminium ixrac edən şirkətlərin isə 1 milyard dollar zərərə dəyib.
 
İcmal.Az

RƏYLƏR