ABŞ-ın Rusiyadakı səfirliyinin keçmiş əməkdaşı "sui-qəsd” ittihamı ilə saxlanılıb.
TASS agentliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Robert Şonovu Vladivostokda saxladığını açıqlayıb.
7NEWS.az xəbər verir ki, xarici dövlət və ya beynəlxalq/xarici təşkilatla əlbir olmaqda təqsirləndirilən Şonovun 8 ilə qədər həbs oluna biləcəyi bildirilib. ABŞ-ın Rusiyadakı səfirliyi hazırda mövzu ilə bağlı paylaşılacaq məlumatın olmadığını açıqlayıb. Şonov Moskvanın keçmiş KQB həbsxanası olan Lefortovo həbsxanasında saxlanılır.