Rusiya baş prokurorunun müavini azərbaycanlı sahibkarları müdafiə edib

OXUNUB: 924 SOSİAL DÜNYA

Rusiya Baş Prokurorluğu azərbaycanlı sahibkarların meyvə-tərəvəz bazasında yoxlama həyata keçirən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselkhoznadzor) əməkdaşlarının fəaliyyətinin yoxlaması zamanı ciddi pozuntular aşkar edib.

Bu ilin əvvəlində azərbaycanlı iş adamlarından ibarət bir qrup şəxs Ryazan vilayətinin qubernatoruna və sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkilə müraciət edərək onları "Rosselxoznadzor"un əməkdaşları tərəfindən meyvə-tərəvəz bazasında aparılan qanunsuz axtarışlar və müsadirələrdən müdafiə etməyi xahiş edib.

İşə Ümumrusiya Azərbaycanlıları Konqresinin regional bölməsinin rəhbəri, hüquqşünas Samir Qarayev müdaxil edib.

Ryazan vilayətinin sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkili Yeqor Burtsevin müraciəti əsasında Mərkəzi Federal Dairə (MFD) üzrə Rusiya Baş Prokurorluğu tərəfindən "Rosselxoznadzor"un Ryazan və Tambov vilayətləri üzrə idarələrinin əməkdaşlarının fəaliyyəti yoxlanılıb.

Yoxlama zamanı müxtəlif pozuntular, o cümlədən dövlət nəzarəti haqqında qanunvericiliyin pozulması faktı müəyyən edilib. Yoxlamaların nəticələrinə əsasən, baş prokurorun müavini Vladimir Malinovski idarə rəhbəri Oleq Naumovdan pozuntuların aradan qaldırılmasını tələb edib.

S.Qarayevin sözlərinə görə, Ryazan vilayətinin sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkili araşdırmanın gələcək inkişafını diqqətdə saxlayır və hər iki aydan bir bu barədə məlumat verməyi öhdəsinə götürüb./report

 

İcmal.Az

RƏYLƏR