Rusiya hakimiyyəti bir ilə yaxındır Kalininqrad vilayətində saxlanılan keçmiş ABŞ dəniz piyadası Teylor Dadlini bu gün azad edib.
7NEWS.az xəbər verir ki, Dadli ailəsinin sözçüsü Conatan Franksın CNN telekanalına verdiyi məlumata görə, təxminən bir ilə yaxındır Kalininqrad vilayətində saxlanılan keçmiş ABŞ dəniz piyadası Teylor Dadli bu gün sərbəst buraxılıb.
ABŞ-ın Nyu-Meksiko ştatının keçmiş qubernatoru və məhbus mübadiləsində vasitəçi olan Bill Riçardson da bu gün Dadlinin azad olunduğunu təsdiqləyib.
7NEWS.az