Rusiya əleyhinə sanksiyaların müddəti uzadıldı

OXUNUB: 811 DÜNYA

Avropa ittifaqının Rusiyaya qarşı iqtisadi sanksiyalarının müddətinin 2018-ci ilin yanvar ayının 31-nə qədər uzadılması qərarı təşkilatın rəsmi jurnalında dərc edilib və qüvvəyə minib. 

İcmal.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Dərc edilmiş sənəddə deyilir ki, qərar jurnalda dərc edildiyi günün səhəri qüvvəyə minir. 

Çərşənbə günü Aİ Şurası RF-yə qarşı 2017-ci ilin iyul ayının sonunda vaxtı bitəcək iqtisadi sanksiyaların müddətinin uzadılmasına dair qərar qəbul edib. Beləliklə, Şura Avropa İttifaqının üzv ölkələrinin liderləri tərəfindən iyunun 22-də sammitdə qəbul edilmiş siyasi qərarı təsdiqləyib. 

İcmal.Az

RƏYLƏR