Rusiya gəmiləri yürüş zamanı Azərbaycandan keçəcəklər

OXUNUB: 801 SOSİAL

Rusiyanın Xəzər Dəniz Donanmasının gəmiləri Xəzər dənizində keçirəcəyi yürüş zamanı Qazaxıstan və Azərbaycan limanlarına daxil olacaq.

 Bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat  xidmətinin rəhbəri Vadim Astafyev məlumat verib. 

"Veliki Ustyuq” kiçik raket gəmisi və digər gəmilər artıq açıq dənizə çıxıb. Xəzər ölkələri arasında beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə gəmilər iki ölkənin, o cümlədən Azərbaycanın dəniz limanına daxil olacaq.

Astafyev qeyd edib ki, 25 gün ərzində gəmilər Xəzər dənizində Rusiya donanmasının hərbi fəaliyyətini təmin etməlidirlər./oxu

 

İcmal.Az

RƏYLƏR