Təxminən bir il əvvəl Ukraynanı işğal edən Rusiya müharibənin davam etdiyi və mümkün sülh sazişinin hələ üfüqdə olmadığı bir vaxtda hərbi xidmətə çağırış üçün yaş həddini qaldırmağa hazırlaşır.
7NEWS.az xəbər verir ki, Rus millət vəkili rus əsgərlərinin sayını təxminən 30 faiz artırmağı planlaşdırdıqlarını ifadə edərək, yaz aylarında yaş həddinin artırıla biləcəyini bildirib. Prezident Vladimir Putin dekabr ayında müdafiə nazirliyinin Rusiya vətəndaşları üçün 18-27 deyil, 21-30 yaşlı məcburi hərbi xidmət üçün yaş həddinin artırılması təklifini də dəstəkləyib.
Rusiya parlamentinin Müdafiə Komitəsinin sədri Andrey Kartapolov parlamentin rəsmi qəzetinə müsahibəsində bildirib ki, Rusiya bu ilin yaz çağırışlarında hərbi xidmətə çağırış üçün yuxarı yaş həddini 30 yaşa qaldıra bilər. Kartapolov bildirib ki, aşağı hədd də 18-dən 21-ə qaldırılacaq, lakin bunun üçün 1 ildən 3 ilə qədər "keçid dövrü” lazımdır.
7NEWS.az