Rusiya ilə Əsəd rejimi arasında gözlənilməz BÖHRAN: Himeymimdə üsyan qalxdı

OXUNUB: 548 DÜNYA

Suriyada Bəşər Əsəd rejimi əsgərlərinin ötən həftə İŞİD terror təşkilatından razılıq əsasında aldqıları Yermuq Qapısında gerçəkləşdirdiyi soyğun Rusiyanı bərk əsəbiləşdirib.

İcmal.Az xəbər verir ki, Əsəd qüvvələri İŞİD əsgərlərinin bölgəni tərk etməsindən dərhal sonra yük maşınları ilə daxil olub və evləri, hətta məscidlərdəki dəyərli əşyaları soyaraq bölgəni tərk edib.

Suriya Vətəndaş Müharibəsinin başlamasından bəri rejimin ən böyük dəstəkçisi olan Rusiya bu hadisələrdən sonra sürpriz şəkildə soyğunda iştirak edən əsgərlərini həbs edib.

Bu barədə Rusiyanın Suriyadakı ən böyük bazası olan Himeymimin feysbuk hesabından məlumat verilib.

Yermuq Astana razılaşmaları çərçivəsində Türkiyə, İran və Rusiya arasında əldə edilən anlaşma ilə təsis edilən təhlükəsizlik bölgələrindən Rusiyanın nəzarətində olan bölgədə yer alır. Feysbuk hesabından verilən açıqlamada da eyni bilgi xatırladılıb və Rusiya qüvvələrinin azad edilən bölgələrdə neqativ halların baş verməsinə icazə verməyəcəyi bildirilib: "Rusiya polisi Dəməşqin cənubundakı bölgələrin yenidən təhlükəsiz hala gəlməsindən məsuliyyət daşıyır. Rus qüvvələrinin dəstəyi ilə azad edilən bölgələrdə qanunları çeynəyən və bunlara dəstək olan fərdlərin hər hansı bir hərəkətinə gücdən istifadə edilərək cavab veriləcək”.

Himeymim bazasının feysbuk səhifəsində verilən bu açıqlama Əsəd tərəfdarlarının qəzəbinə səbəb olub. Yazılan şərhlərdə Rusiya terror istehsal etmək və Suriya ordusunu, suriyalıları alçaltmaqda ittiham edilib. Bir qrup Əsəd tərəfdarı isə bazanın önündə etiraz aksiyaları təşkil edib. Onlar Rusiyanın bölgə xalqından və ordusundan üzr istəməsini tələb edib. Əsəd rejimi isə bu qüvvələri ABŞ tərəfindən göndərilmiş kütlə olduğunu deyib.

İcmal.Az

RƏYLƏR