Rusiya məktəblərində Şaxta baba ləğv olunur

OXUNUB: 813 DÜNYA

Rusiya məktəblərində və uşaq bağçalarında Şaxta babanın ləğv edilməsi barədə məlumatlar yayılıb.

İcmal.Az AzNews.az-a istinadən xəbər verir ki, Novosibirsk vilayətində yerləşən məktəblərdə və uşaq bağçalarında pisxoloqların rəyi əsasında Şaxta baba ilə bağlı tədbirlərin ləğvi məsələsi gündəmə gəlib.

Rəyə əsasən Yeni il tədbirləri zamanı yalnız Qar qızın fəaliyyət göstərməsinə icazə verilir.

Psixoloqların rəyinə görə, Şaxta baba uşaqların psixologiyasına mənfi təsir göstərir. Onların fəaliyyəti uşaqlarda qorxu yaradır.

Təhsil idarəsinin əmrindən sonra qərar qüvvəyə düşəcək.

İcmal.Az

RƏYLƏR