Rusiya müdafiə nazirliyi: "200 İŞİD terrorçusunu məhv etdik"

OXUNUB: 685 DÜNYA
Rusiyanın müdafiə nazirliyi yeni açıqlama verib.

Açıqlamaya əsasən rus hərbi hava qüvvələri Suriyanın Deyrizor şəhərində toplaşan çoxsaylı İŞİD terrorçularını məhv edib.

Rus xəbər agentlikləri tərəfindən yayımlanan açıqlamada bildirilir ki, hücum nəticəsində 200-dən çox İŞİD terrorçusu öldürülüb.

İŞİD terrorçuları Rakka və Homsdan qaçır. Terrorçular Suriyanın Deyrizor bölgəsinə toplaşır. Rusiya müdafiə nazirliyinin açıqlamasında İŞİD-in silah və hərbi texnikasının da məhv edildiyi vurğulanıb./olke.az
 
 
İcmal.Az

RƏYLƏR