Rusiya ordusu İŞİD-i dənizdən vurdu

OXUNUB: 803 DÜNYA
Rusiya hərbi dəniz qüvvələri Suriyadakı İŞİD obyektlərinə qanadlı raket zərbəsi endirib.


"Admiral Essen" freqatı və "Krasnodar" sualtı qayığı İŞİD terror qruplaşmasının Suriyadakı hədəflərinə 4 ədəd "Kalibr" qanadlı raketi ilə zərbə endirib. Bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında deyilir: "Aralıq dənizin şərq hissəsinin akvatoriyasından "Admiral Essen" və "Krasnodar" sualtı qayığından İŞİD terror qruplaşmasının Palmira rayonundakı obyektlərinə qanadlı raket zərbələri endirilib".

Bildirilir ki, raket zərbəsi uğurlu alınıb və bütün hədəflər məhv edilib. Müdafiə nazirliyi qeyd edir ki, İŞİD-in Palmiranın şərq hissəsindəki obyektlərinə ağır texnika və silahlılar yığdığı məlum olub./olke.az
 
İcmal.Az

RƏYLƏR