Rusiya qırıcıları Suriyanı bombaladı

OXUNUB: 681 DÜNYA

Rusiya qırıcıları Suriyada Hama və İdlib vilayətlərinin sərhədində İŞİD terrorçularına məxsus obyektlərə aviazərbələr endirib. 

İcmal.Az xəbər verir ki, bununla bağlı "Al Masdar News” portalı məlumat yayıb. 

Portalın Dəməşqdəki mənbəyi bildirib ki, Rusiya qırıcıları Xan-Şeyhun, Kafr Zita, Əl-Latamna, Zakat və Salhiyah yaşayış məntəqələrini vurub.

Hücumlar iyunun 1-i, gecə saatlarında həyata keçirilib. Əməliyyat zamanı Hama və İdlibdə türk əsgərləri də olub. Onlar arasında ölən və ya xəsarət alanların olub-olmaması ilə bağlı məlumat verilmir. 

Mənbənin sözlərinə görə, zərbələr terrorçuların hücumlarının qarşısını almaq üçün endirilib. 

İcmal.Az

RƏYLƏR