Rusiya rublun ucuzlaşmasını yavaşlatmaq üçün faiz dərəcələrini artırıb

OXUNUB: 172 Özəl DÜNYA
Rusiya valyutanın dollar qarşısında ucuzlaşmasını ləngitmək üçün növbədənkənar iclasda faiz dərəcələrini artırıb.

7NEWS.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı rublun dollara nisbətdə sürətlə ucuzlaşmasını dayandırmaq üçün faiz dərəcəsini 350 bənd artıraraq 12 faizə çatdırıb. Bazar ertəsi rublun dollar qarşısında 100 həddini keçməsi, Qərbin sanksiyalarının Rusiyanın ticarət balansına və hərbi xərclərinə təsirinin artması fonunda Mərkəzi Bank çərşənbə axşamı fövqəladə faiz iclası keçirib.

7NEWS.az

RƏYLƏR