Bakıda səfirlik avtomobili qəzaya düşüb.
İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Əhməd Ağaoğlu küçəsində qeydə alınıb. Rusiya Federasiyasının Bakıdakı səfirliyinə məxsus "Hyundai” markalı, 004 D 16 dövlət qeydiyyat nişanlı avtomobil "BMW" markalı, 10 TL 443 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
İcmal.Az