Almaniya İqtisadi Araşdırmalar İnstitutu birinci ilini başa vuran Rusiya-Ukrayna müharibəsinin dəyərinin 1,6 trilyon dollar olduğunu açıqlayıb.
7NEWS.az xəbər verir ki, Almaniya İqtisadi Araşdırmalar İnstitutunun (DIW) apardığı araşdırmada 2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına vurduğu zərərin 1,6 trilyon dollar olduğu bildirilib. Araşdırma qrupundan olan Michael Groemling, müharibənin "böyük qlobal iqtisadi əhəmiyyətə" malik olduğunu vurğulayaraq, enerji və xammal tədarükü ilə bağlı problemlərin şirkətlərə təzyiq göstərdiyini söylədi.
7NEWS.az