Rusiya və Belarus qazın qiymətini rubl ilə müəyyən edəcək

OXUNUB: 210 Özəl DÜNYA
Belarus Energetika Nazirliyi Rusiyanın qaz nəhəngi "Qazprom”la qazın qiymətini rublla müəyyən etmək və ötən ilin şərtlərini davam etdirmək üçün razılığa gəldiyini açıqlayıb. 

7NEWS.az xəbər verir ki, müqavilənin müddəti iki il olacaq və 2025-ci ilə qədər davam edəcək. Daha əvvəl Belarusun energetika naziri Viktor Krankecic 2023-cü il üçün qazın qiymətinin ən yüksək səviyyədə müzakirə olunacağını açıqlamışdı. Fevralın 17-də Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında görüş olub. 

Belarus Rusiya qazının pulunu 2022-ci ilin aprelindən rublla ödəyir. Belarus hakimiyyəti ödənişlərdə rubla keçidlə qazın qiymətinin daha əlverişli olduğunu bildirir. 

7NEWS.az

RƏYLƏR