Rusiya və Çin Şərqi Çin dənizində təlim keçəcək

OXUNUB: 544 Özəl DÜNYA
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Rusiya və Çin Şərqi Çin dənizində raket və artilleriya atışlarının aparılacağı dəniz təlimi, 21-27-də isə "Dəniz Qarşılığı 2022” adlı təlim keçirəcək.  

7NEWS.az xəbər verir ki, təlimlərdə iştirak etmək üçün Rusiyanın şərqindəki Vladivostokdan yola düşən Rusiya Sakit Okean Donanmasının döyüş gəmiləri qrupu, təlimlərə "Varyaq” kreyseri, "Marşal Şapoşnikov” freqatı, "Aldar Tsidenjapov” və "Soversenniy” korvetləri qatılacaq. Çin tərəfdən isə təlimlərdə iki esmines və iki patrul gəmisi, hərtərəfli təchizat gəmisi və bir dizel sualtı qayığı fəal iştirak edəcək. 

Təlimin aktiv mərhələsində praktiki silahların tətbiqi ilə sualtı qayıqlara qarşı birgə hərəkətlərin də planlaşdırıldığı vurğulanaraq, manevrlərin əsas məqsədinin Rusiya və Çin arasında dəniz əməkdaşlığını gücləndirmək olduğu vurğulanıb. 

7NEWS.az

RƏYLƏR