Moskva Dövlət Universitetinin (MDU) kimyaçıları benzini effektiv şəkildə kükürddən təmizləmək imkanı verən yeni katalizator hazırlayıblar.
7NEWS.az xəbər verir ki, Rusiyada Moskva Dövlət Universitetinin mütəxəssisləri benzinin təmizlənməsi üçün yeni katalizator hazırlayıblar. Rusiyalı ekspertlərin fikrincə, yeni katalizator səmərəliliyinə görə yüksək keyfiyyətli analoqlarla müqayisə edilə bilər və bu analoqlardan daha ucuzdur. Araşdırmanın nəticələri ACS Omega jurnalında dərc olunub.
Kükürd tərkibli yanacağın yanması nəticəsində zəhərli oksidlər ayrılır. Buna görə də yanacağın tərkibindəki kükürdün miqdarı bütün dünyada qanunla ciddi şəkildə tənzimlənir.
7NEWS.az