Rusiyada çəkilən "İtlərin qətliamı" fotosu haqqında NÖVBƏTİ İDDİA

OXUNUB: 614 DÜNYA

DÇ-2018-in startından öncə Rusiyada zəhərlənərək tələf edildiyi iddia edilən ölü itlərin yer aldığı fotolar haqqında yeni məlumat yayılıb.

İcmal.Az xəbər verir ki, fotoların saxta olduğu ortaya çıxıb. Almaniyanın "Stern” dərgisi "Korrektiv” araşdırma mərkəzinin verdiyi xəbərə görə, sosial mediada aktiv şəkildə paylaşılan fotoların saxta olduğunu yazıb.

Saxta

Xəbərə görə, fotolar 2016-cı ildə "Röyters” xəbər agentliyinin müxbiri tərəfindən Pakistanın Karaçi şəhərində çəkilib. Fotoların orijinal görüntüsündə hadisənin Rusiyada gerçəkləşmədiyi tam şəkildə görünür. Hətta orijinal fotoların üst qismində urdu dilində yazıların olduğu görünür.

Orijinal

Qeyd edək ki, Almaniyanın digər bir nüfuzlu dərgisi "Spiegel” Rusiyanın milli komandasını mundialın ən bəxtsiz komandası adlandırmış, Səudiyyə Ərəbistanının 5:0 Rusiyaya məğlub olmasından sonra üzr istəmişdi.

İcmal.Az

RƏYLƏR