Rusiyada evdə 4 nəfər dəm qazından zəhərlənərək ölüb

OXUNUB: 607 DÜNYA

Rusiyanın Saratov vilayətində 4 nəfər dəm qazından zəhərlənərək ölüb.

 

Hadisə Marks şəhərində qeydə alınıb.

 

Məlumata görə, ölənlər 1984-cü il təvəllüdlü qadın, onun 2008-ci il təvəllüdlü qızı, 1996-cı il təvəllüdlü oğlan və 1999-cu il təvəllüdlü qızdır.

 

Onların meyiti yaşadıqları evdə aşkarlanıb.

 

Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir./apa

 

 

İcmal.Az

RƏYLƏR