Rusiyada İŞİD-çi zərərsizləşdirilib

OXUNUB: 640 DÜNYA

Rusiyanın Nijni-Novqorod şəhərində prezident seçkiləri zamanı terror hücumu həyata keçirməyi planlaşdıran İŞİD yaraqlısı öldürülüb.

Bu barədə "RİA Novosti” Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimai Əlaqələr mərkəzinə istinadən məlumat yayıb.

Cinayətkar saxlanılan zaman silahlı müqavimət göstərib və xüsusi xidmət orqanı əməkdaşları tərəfindən zərərsizləşdirilib. Onun qaldığı yerdə kustar üsulla hazırlanmış və böyük partlayış dalğası yarada biləcək partlayıcı qurğu, daha bir neçə partlayıcı qurğunun hazırlanması üçün komponentlər, silah-sursat aşkarlanıb.

"Əldə olunan operativ məlumatlara görə, terrorçu qonşu dövlətlərdən birinin vətəndaşı olub”, – deyə FTX-nin bəyanatında bildirilir.

Beynəlxalq terrorçu qruplaşmanın fəaliyyətində iştirak və terror hücumu planlaşdırma faktları üzrə cinayət işi açılıb./oxu

İcmal.Az

RƏYLƏR