Rusiyada itkin düşən nazir müavininin cəsədi tapıldı (YENİLƏNİB/VİDEO)

OXUNUB: 551 DÜNYA
Krımda Moskva Mədəniyyət İdarəsi rəhbərinin müavini Leonid Oşarinin öldüyü məlum olub.

7News.Az TASS-a istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə onun ölümünün səbəbləri dəqiqləşdirir. Oşarinin bədənində zorakılıq izləri tapılmayıb.

Xatırladaq ki, bir qədər əvvəl Moskva Mədəniyyət Departamenti sədrinin müavini Leonid Oşarinin yoxa çıxması barədə məlum vermişdik. O, müəmmalı şəraitdə Moskvadan yoxa çıxmışdı. Martın 25-nə qədər 47 yaşlı məmur Moskva yaxınlığındakı bir kottec qəsəbəsində təcrid rejimində yaşamış, martın 26-da qəflətən cənuba uçmuşdu.

13.30

Krımda axtarılan Moskva Hökumətinin Mədəniyyət İdarəsi rəhbərinin itkin düşmüş müavini Leonid Oşarin müəmmalı şəraitdə Moskvadan yoxa çıxıb. Martın 25-nə qədər 47 yaşlı məmur Moskva yaxınlığındakı bir kottec qəsəbəsində təcrid rejimində olub və martın 26-da qəflətən cənuba uçub.

7News.Az mk.ru-ya istinadla xəbər verir ki, bu günlərdə itkin düşmüş məmurun həyat yoldaşı Moskva polisinə müraciət edib. O qeyd edib ki, 25 marta qədər Oşarin İstra bölgəsindəki bir bağ evində yaşayıb. Orada İnternet zəif olduğuna görə onun iki məktəbli uşağı olan arvadı karantini Moskvadakı mənzillərində keçirməyə qərar verib.

Müşahidə videokameralarına baxışdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları martın 26-da bir vəzifəli şəxsin evdəki suyu bağladığını, qapıları kilidlədiyini və hava limanına tərəf getdiyini müəyyən edib. Oşarin planları barədə həyat yoldaşına məlumat verməyib, üstəlik, telefonunu da söndürüb. Buna qədər ailədə münaqişə olmayıb. O, hətta təzyiq həblərini unudub, çamadanını da götürmədən gedib.

Ailə dərhal Oşarini axtarmayıb və bir həftə gözləyib. Bu cür tez-tez yoxa çıxmalar Oşarinə xas olub - əvvəllər də iki-üç dəfə yoxa çıxıbmış. 12 il əvvəlsə düz bir həftə itkin düşüb. Ancaq həmin vaxt ailəsi onun harada olduğunu təxmini də olsa bilirmiş.

Bu dəfə nəhayət aprelin əvvəllərində məmurdan bir xəbər çıxmayanda ailə həyəcana qapılıb və pilosə məlumat verib.

Polis hava limanındakı videokameraları izləyib. 26 martda Oşarinin bir bankomatdan pul götürdüyünü, Soçiyə bilet aldığını öyrənmək mümkün olub. Sonra o Krasnodara gedib və 30 martda taksi ilə Yaltaya keçib. Həm Soçidə, həm də Krasnodarda eyni bank kartından istifadə edib. Həmin şəxsin Oşarin olmasına heç bir şübhə qalmayıb – həyat yoldaşı Krasnodar polisinin təqdim etdiyi videoya baxandan sonra onun əri olduğunu təsdiqləyib.

Krasnodar dedektivləri Oşarinin yaşadığı otelləri, həmçinin onun istifadə etdiyi taksiləri müəyyən edib. 30 martda Oşarini Yaltaya aparan taksi sürücüsü dindirilib. Artıq Oşarini Krım hüquq-mühafizə orqanlarının əməkdaşları axtaracaqlar. Videokameralara görə, Oşarin oteldə tək yaşayır, küçələri tək gəzir və müşayiət olunmadan taksiyə minir.

"Yaltada 3 həftədir nə etdiyini bilmirik, bəlkə karantinə alınıb? Kaş sağ-salamat qayıdaydı. Əlbəttə, ondan sonra həkimlərə müraciət edərik”, - yaxınları çaşqınlıq içində bildiriblər.
 
7News.Az

RƏYLƏR