Rusiyada keçiriləcək ümumi seçkilərdə Ukraynanın hər 4 regionu iştirak edəcək

OXUNUB: 238 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova ilə görüşüb. Görüş zamanı 2023-cü il sentyabrın 10-na təyin edilmiş parlament, qubernatorluq və 20 regional parlament seçkiləri müzakirə edilib. MSK sədri Pamfilova,  "Donetsk və Luqansk Xalq Respublikalarının, eləcə də Zaporojye və Xerson vilayətlərinin rəhbərləri bu seçkilərə ehtiyacın yarandığını bildirərək bizə gəliblər. Biz qanuna uyğun olaraq FSB və Müdafiə Nazirliyi ilə bütün lazımi məsləhətləşmələri aparmışıq. Biz bunu diqqətlə müzakirə etdik, bütün müsbət və mənfi cəhətləri ölçüb-biçdik və onların təşəbbüsünü, seçim etmək istəklərini dəstəkləmək üçün belə ciddi məsuliyyət götürdük”-dedi.

7NEWS.az

RƏYLƏR