Rusiyada məcburi hərbi xidmət üçün yaş həddinin 30-a çatdırılması planlaşdırılır

OXUNUB: 521 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Rusiyada icbari hərbi xidmətdə tətbiq edilən 18-27 yaş aralığında dəyişiklik edilməsi planlaşdırılır. Rusiya parlamentinin müdafiə komitəsinin sədri Andrey Kartapolov açıqlamasında bildirib ki, Rusiya yazda məcburi hərbi xidmət üçün yuxarı yaş həddini 30-a, aşağı yaş həddini isə yalnız 18-dən 21-ə qaldıra bilər. Rusiyanın hazırkı əsgər sayını 30 faiz artırmaq planları və Ukraynadakı müharibədə ağır itkilər səbəbindən yaranan böyük insan qüvvəsi çatışmazlığını ödəmək üçün dəyişikliyi edəcəyi düşünülür.

7NEWS.az

RƏYLƏR