Rusiyada mədəndə partlayış: Ölən və itkin düşənlər var

OXUNUB: 938 DÜNYA

Rusiyanın Norilsk bölgəsində "Nornikel” şirkətinə məxsus "Zapolyar” mədənində metanın partlaması nəticəsində 3 nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb.

Bu barədə Krasnoyarsk diyarı Baş İstintaq İdarəsinin mətbuat xidmətindən bildirilib.

Hadisəbu gün səhər saatlarında baş verib.

Məlumata görə, 5 mədənçi itkin düşüb, 135 nəfər isə şaxtadan təxliyə edilib. 

Partlayış 490 metr dərinlikdə olub. Qəzanın baş vermə səbəbi araşdırılır./report

 İcmal.Az


RƏYLƏR