7NEWS.az xəbər verir ki, Rusiyanın İrkutsk vilayətində neft yatağında baş verən yanğında 2 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilib.
Rusiya İstintaq Komitəsinin verdiyi açıqlamada İrkutsk vilayətinin Anqarsk şəhərindəki neft obyektində yanğının baş verdiyi, yanğın nəticəsində 2 nəfərin öldüyü, 4 nəfərin yaralandığı qeyd edilib.
Daha əvvəl İrkutsk qubernatoru İqor Kobzev Anqarsk Neft-Kimya Şirkətinin sənaye zavodunun 2500 kvadratmetr sahədə yerləşən emal bölməsində yanğın baş verdiyini bildirmişdi. Kobzev hadisədə yaralanan 5 nəfərin xəstəxanaya aparıldığını açıqlayıb.
7NEWS.az