Rusiyada pələng zoopark əməkdaşına hücum etdi

OXUNUB: 697 DÜNYA

Rusiyanın Kalininqrad şəhərində pələng zooparkın qadın əməkdaşına hücum edib. O, xəstəxanaya yerləşdirilib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, bu barədə heyvanat parkının mətbuat xidmətindən məlumat verilib.

"Biz məlumatı təsdiq edirik. Hadisə zooparkın yırtıcı və kürəkayaqlılar şöbəsində heyvan baxıcısının başına gəlib. O, hazırda xəstəxanada şok vəziyyətindədir", - deyə məlumatda bildirilir.

 

İcmal.Az

RƏYLƏR