Rusiyada xaricdən maliyyələşən KİV-lər casus elan oluna bilərlər - VİDEO

OXUNUB: 629 DÜNYA

Rusiya Dövlət Duması xaricdən maliyyələşən Kütləvi İnformasiya Vasitələrinin casus elan olunmasını nəzərdə tutan qanun layihəsini müzakirə edir. Günün sonunda sənəd Federasiya Şurasına ötürüləcək.

Sənəd xarici ölkələrdə qeydiyyatdan keçmiş, Rusiya ərazisində hüquqi öhdəlik daşımayan kütləvi informasiya vasitələrinə şamil olunur.

Qeyd edək ki, sənədin qəbul edilməsi Rusiyaya aid telekanalların ABŞ ərazisində yayımının dayandırılması ilə bağlı rəsmi Vaşinqtonun təşəbbüsünə cavab xarakteri daşıyır./oxu

İcmal.Az

RƏYLƏR