Rusiyadan atəşkəs "surprizi": Yanğınsöndürmə məntəqəsini vurdu, ölən var

OXUNUB: 254 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Rusiyanın birtərəfli qaydada elan etdiyi müvəqqəti atəşkəsin qüvvəyə minməsindən təxminən bir saat əvvəl Rusiya ordusunun hücuma keçdiyi bildirilib. Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Rusiya Xersonda yanğınsöndürmə məntəqəsini bombalayıb, hücum nəticəsində bir yanğınsöndürən ölüb və dörd nəfər yaralanıb. 

7NEWS.az

RƏYLƏR