Rusiyadan Türkiyəyə 170 tondan çox yardım göndərilib

OXUNUB: 192 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərin yaraları sağalmağa çalışarkən, Türkiyənin xaricdəki nümayəndəliklərində yardım kampaniyaları fasiləsiz olaraq davam edir. Zəlzələnin ilk günündən etibarən Rusiyanın bir çox bölgəsində yardım kampaniyasına başlayan Türkiyənin Moskvadakı səfirliyi toplanan yardım materiallarının Türkiyəyə daşınmasının davam etdiyini açıqlayıb. Səfirlikdən verilən açıqlamada "Yardım toplamağa davam edirik. THY ilə Türkiyəyə göndərdiyimiz yardım materiallarının miqdarı 170 tonu keçdi" ifadələri yer alıb.

7NEWS.az

RƏYLƏR