Rusiyadan Türkiyəyə uçan təyyarə təcili eniş edib

OXUNUB: 840 DÜNYA
Bu səhər Moskvadan Türkiyənin Dalaman şəhərinə uçan sərnişin təyyarəsi iki sərnişin arasında baş verən dava-dalaş səbəbindən Krasnodara təcili eniş edib.


İcmal.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, təyyarə yerli vaxtla saat 05.30-da Krasnodar aeroportuna enib. Təyyarədə özünü qaydalara uyğun aparmayan 2 sərnişin polis şöbəsinə gətirilib. Onlardan birinin sərxoş olduğu üzə çıxıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Təyyarə isə 07.30 radələrində reys üzrə uçuşunu davam etdirib.
 
İcmal.Az

RƏYLƏR